Sergey Lavrov: Alma-Atı bəyannaməsində qeyd edilir ki, Qarabağ Azərbaycandır
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra RF, Azərbaycan və Ermənistan liderləri səviyyəsində belə bir anlayış var idi ki, Qarabağın statusunu sonraya saxlamaq olar. Bu barədə cümə axşamı keçirilən videokonfransda RF XİN başçısı Sergey Lavrov bildirib.
Rusiya öz sülh müqaviləsi variantını hazırlayıb, bu sənəd yazda tərəflərə təqdim edilib və orada bu ideya yer alırdı. Azərbaycan bildirib ki, onu dəstəkləməyə hazırdır, amma status məsələsi üzərində əlavə olaraq işləmək lazımdır, deyə o, sözünə davam edib.
“Oktyabrın sonlarında Soçidə keçirilən görüşdə biz bu məsələyə qayıtmaq və tərəfdaşlarımızın həmin centlmen anlayış əsasında hərəkət etməyə – bütün məsələləri həll etməyə, Qarabağın statusunu isə sonraya saxlamağa nə dərəcədə hazır olduqlarını başa düşmək istəyirdik. Amma prezident Əliyev və baş nazir Paşinyan Praqadan Soçiyə BMT Nizamnaməsini və Alma-Atı bəyannaməsini rəhbər tutaraq sülh müqaviləsi imzalamaq istədiklərini əks etdirən sənədi gətiriblər.
BMT-nin yaradılması haqqında Alma-Atı bəyannaməsində açıq şəkildə deyilir ki, yeni dövlətlər arasında sərhədlər keçmiş SSRİ-nin ittifaq ölkələri arasındakı sərhədlərə əsaslanacaq, burada Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSRİ-nin bir hissəsidir”, deyə Lavrov qeyd edib.
Ermənistan Praqada bu sənədi imzaladıqdan sonra erməni həmkarlarımız deyirlər ki, qoy RF Qarabağın statusu ilə bağlı təkliflərini (sonraya saxlamaq) təsdiq etsin, amma belə danışıqlar aparılmır, deyə Lavrov gileylənib.