İsmayıl Dəmir: “Türkiyənin hərbi texnikası hər zaman Azərbaycanın əmrindədir”

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir hazırda Türkiyədə səfərdə olan Azərbaycan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüşüb. O, bu barədə Twitterdə yazıb.

.

“İki qardaş ölkənin bir ürək olduğunu bir daha bütün dünyaya göstərməli olduğumuz bir vaxtda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik. Müdafiə sənayemiz PUA-lardan silah-sursata və raketlərə, elektronik hərbi sistemlərə qədər bütün təcrübə, texnologiya və qabiliyyətləri ilə hər zaman Azərbaycanın əmrindədir. Azərbaycan Ordusuna yeni sistemlər qazandırmaqla yanaşı, mövcud sistemlərin modernləşdirilməsi, təmir və təlim fəaliyyətləri ilə bağlı birlikdə işləyəcəyik. Bir millət, iki dövlət”!, – deyə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri görüşdə bildirib.

.