Azərbaycan-Ermənistan sərhədində atışma olub
Cümə axşamı günü Ermənistan Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində silahdan istifadə olunub və tərəflər atəş açmaqda bir-birini ittiham edib.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin cümə axşamı günü Ermənistanın Geğarkunik vilayəti ərazisindəki sərhədyanı sahəsində texniki işlər görməyə cəhd etdiyini bildirib.
“Ermənistan silahlı qüvvələri cavab tədbirləriylə qarşı tərəfi işləri dayandırmağa məcbur edib. Bunun cavabında Azərbaycan tərəfi erməni mövqelərini atəşə tutub”, – Ermənistan Müdafiə Nazirliyi bəyan edib.
Ermənistanın Geğarkunik vilayəti Azərbaycanın Kəlbəcər rayonu ərazisi ilə sərhəddə yerləşir.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan tərəfi yaydığı açıqlama ilə Azərbaycan ordusunun “mövqelərinə atəş açılması faktı öz təsdiqini tapıb”.
Hər iki tərəf atəş nəticəsində ölən və yaralanan olmadığını bildirib.Ermənistan ombudsmanı Arman Tatoyan öz Facebook hesabında yerli sakinlərə istinadən yazıb ki, Geğarkunik vilayətinin Kut və Yuxarı Şorja kəndləri Azərbaycan ordusu tərəfindən üç saata yaxın atəşə tutulub və Ermənistanın “cavab atəşindən sonra” atəş kəsilib.
Azərbaycan Müdafiə Nazirliyi hadisəni Ermənistanın seçki öncəsi “vəziyyəti gərginləşdirmək və təxribat törətmək” addımı hesab etdiyini bildirib.
BBC