Xankəndində gərginlik: Qarabağ erməniləri Arutunyanın istefasını tələb edir

İyunun 21-də Xankəndinin Dirçəliş Meydanında separatçı rejimin lideri Araik Arutunyanın istefası tələbilə mitinq keçirilib.

 

Bu haqda “Hraparak”  qəzeti məlumat yayıb.

 

“Stepanakertdə vəziyyət olduqca gərgindir. Etirazçılar prezident iqamətgahının qapısını açıb içəri girməyə çalışdılar. Qarşıdurmalar oldu” – deyə, qəzet yazır.

 

“Artsax xalqı Nikol Paşinyanı təbrik edə bilməz. Heç bir siyasi məqsəd güdmürük, bunu heç bir siyasi qüvvə təşkil etməyib. İnsanlar Arayik Arutyunyanın getməli olduğunu söyləməyə gəliblər” – deyə, aksiya iştirakçılarından biri bildirib.

 

İyunun 22-də saat 18:30-da Arutunyanın istefası tələbilə növbəti aksiya keçiriləcək.

 

 

 

Qeyd edək ki, Ermənistanda iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının qalib gəldiyi açıqlandıqdan sonra Araik Arutunyan bu partiyanın qərargahına gedərək, onları qələbə münasibətilə təbrik edib.

 

Xankəndində bu addımın etirazla qarşılanması erməni xalqı arasında ermənistanlı-qarabağlı qarşıdurmasının kifayət qədər yüksək olduğunu göstərir.

 

Xankəndi Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır. Rusiyanın hakim dairələri Ermənistanda keçirilən  seçkilərdə keçmiş prezident, qarabağlı Robert Köçəryanın namizədliyini  dəstəkləyirdi.

 

Basta