Avropadan Lukaşenko rejiminə qarşı yeni sanksiyalar
AB ölkələrinin xarici işlər nazirləri, Ryanair təyyarəsinin məcburi enişinə və jurnalist Roman Protaseviçin tutulmasına cavab olaraq Belarusa qarşı yeni sanksiyalar paketi qəbul etmək barədə razılığa gəliblər.
Sanksiyalar Belarus iqtisadiyyatının əsas sahələrini, o cümlədən kaliy gübrələri, neft və neft kimyası ixracatı, maliyyə sektorunu əhatə edəcək.
Sanksiya siyahısına 86 şirkət və fərdin adları daxil edilib. Yeni məhdudiyyətlər arasında aktivlərin dondurulması və viza qadağası da var.
Sanksiyalara məruz qalanlar arasından yeddi nəfərin birbaşa Ryanair sərnişin təyyarəsinin məcburi enişlə əlaqəli olduğu deyilir; siyahıya seçki saxtakarlığı, repressiya və işgəncə ilə əlaqəli şəxslər də daxildir.
Lüksemburqdakı görüşdən əvvəl AB Xarici İşlər Nazirləri Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə qeyri-rəsmi görüş keçiriblər.
Bu, Belarus müxalifətinin və AB-nin qanunsuz hesab etdiyi 2020-ci ilin avqust seçkilərindən sonra tətbiq olunan dördüncü sanksiya paketidir. Keçən il AB, Aleksandr Lukaşenko və yüksək vəzifəli şəxsləri də daxil olmaqla 88 nəfərə qarşı sanksiya tətbiq etmişdi.
Bu dəfəki sanksiyalarla bağlı son qərar Aİ-nin 24-25 iyun sammitində veriləcək.
Basta