Koronavirusdan ölənlərin sayı 4 milyonu keçdi

COVİD-19 pandemiyası başlayandan bəri 184,940,047 nəfər bu infeksiyaya yoluxub. Onlardan 4,000,847 nəfər ölüb, 169,315,028 nəfər isə sağalıb. Bu rəqəmlər  Ümumdünya Səhiyyə Təşkilatının onlayn statistikasında əks olunub.

 

Dünyada yoluxma tempi yüksək olaraq qalmaqdadır.

 

Son bir həftə ərzində ən çox yoluxma Braziliyada qeydə alınıb: həftəlik  344,109  nəfər, amma bu rəqəm əvvəlki həftə ilə müqayisədə 28% azdır.

Sonrakı yerlərdə Hindistan ( həftəlik 302,939 nəfər), Columbiya (188,667), İndoneziya (177,831),  Böyük Britaniya (176,164)  Rusiya (162,353) , Cənubi Afrika (134,290), Argentina (129,114) İran (90,751) və ABŞ  gəlir (84,440).

 

Türkiyədə son bir həftədə 35 154 nəfər COVİD-19 yoluxub, bu, ötən həftə ilə müqayisədə 9 faiz azdır.

 

Azərbaycanda son bir həftədə cəmi 605 nəfər koronavirusa yoluxub, onlardan 8 nəfəri vəfat edib.

 

Basta