Polis rəisi iş yerində özünü güllələyib
İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyev iş yerində intihar edib. Baş Prokurorluğun mətbuat xidməti bu məlumatı təsdiq edib.
“Rahib Mirzəyev bu gün saat 11 radələrində istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürüb. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək”, deyə prokurorluğun məlumatında bildirilir.
Rahib Mirzəyev 2019-cu ildə 4-cü şöbənin rəisi təyin edilib. O, Daxili İşlər Nazirliyinin daxili təhqiqatlar idarəsinin rəisi vəzifəsində çalışmış, hazırda təqaüddə olan polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.
TURAN