Talibandan Türkiyəyə xəbərdarlıq
Çərşənbə axşamı Taliban xarici əsgərlərin geri çəkilməsindən sonra Kabilin əsas hava limanını idarə etmək və qorumaq üçün Türkiyənin Əfqanıstanda qüvvələrini saxlamaq planlarına qarşı çıxaraq bu strategiyanı “qınanılası” adlandırıb və “nəticələr” haqda xəbərdarlıq edib.
NATO-nun geri çəkilməsindən sonra paytaxtdakı hava limanını idarə və müdafiə etməyi təklif edən Ankara ABŞ ilə maliyyə, siyasi və logistik dəstək barədə danışıqlar aparır.
Türkiyə Kabildə partlayışın olduğu və ölkə daxilində qarşıdurmaların şiddətləndiyi bir vaxtda hava limanının Əfqanıstandakı diplomatik nümayəndəliklərini qorumaq üçün açıq qalması lazım olduğunu dəfələrlə təkrarlayıb.
“Əfqanıstan İslam Əmirliyi bu qərarı qınayır” – deyə, Taliban Türkiyənin planına işarə edərək bildirib.
“Əgər Türkiyə rəsmiləri qərarlarını yenidən nəzərdən keçirməsə və ölkəmizin işğalına davam etdirsə, onda İslam Əmirliyi … onlara qarşı çıxacaq”.
Bu vəziyyətdə silahlı qrup nəticələrə görə məsuliyyətin müdaxilə edənlərin çiyinlərinə düşəcəyini əlavə edib.
Əfqanıstanı 1996-2001-ci illərdə dəmir yumruqla idarə edən Taliban 20 ildir Kabildə Qərbin dəstəklədiyi hökuməti devirmək və İslami idarəçiliyi bərpa etmək üçün mübarizə aparır.
Sentyabra qədər xarici qüvvələrin ölkədən gedişi onlara yeni əraziləri ələ keçirməyə təkan verib.
Türkiyə Müdafiə naziri Hulusi Akar bazar ertəsi nazirlər kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında hava limanının rəhbərliyi ilə bağlı bəzi məqamlarda amerikalı həmkarları ilə razılığa gəldiyini və razılaşma üzərində işlərin davam etdiyini deyib.
“Hava limanı açıq qalmalı və işlədilməlidir. Bütün ölkələr bunu deyir. Hava limanı işləmirsə, ölkələr oradakı diplomatik nümayəndəliklərini geri çəkməli olacaqlar” – deyə, o qeyd edib.
Amerikanın səsi