Naxçıvandakı mövelərimiz atəşə tutulub, bir hərbçimiz yaralanıb

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhəddinin Naxçıvan hissəsində atışma olduğunu bildirib.

 

“İyulun 14-də saat 10:00-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhəddində Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutublar”, – məlumatda bildirilir.

 

Atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu İbadulla Məhsud oğlu Mərdanlı yaralanıb, məlumatda qeyd olunur.

 

Yaralıya ilk tibbi yardım göstərilib, bundan sonra o, tibb müəssisəsinə köçürülüb.

 

“Düşmən cavab atəşi ilə susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraitinə Azərbaycan qoşunlarının bölmələri nəzarət edirlər”, – məlumatda bildirilir.

 

Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi “Ermənistan-Azərbaycan sərhəddinin Naxçıvan hissəsində Erasxa rayonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən atışma nəticəsində” erməni hərbçinin həlak olduğunu bildirib. İnsident çərşənbə axşamı saat 10:30-da qeydə alınıb.

 

“Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mövqelərin irəliləməsi üçün mühəndis işləri aparmağa cəhd ediblər. Ermənistan qarşı tərəfi bu hərəkətlərə son qoymağa məcbur etmək üçün bir sıra tədbirlər görüb. Azərbaycan hərbçiləri erməni mövqelərinə atəş açıblar. Atışma nəticəsində erməni hərbçis ölümcül yaralanıb, Ermənistan Müdafiə Nazirliyi bildirib.

 

Turan