50 hərbçimiz şəhid olub – yenilənib
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin məlumatına görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.
Şəhidlərimizin qanı yerdə qalmadı.
Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq.
***
Azərbaycan-Ermənistan sərhəddindəki son hərbi toqquşma zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri:
Fərid Rüstəmov,
Şəmistan Sadıxov,
Azər Məmmədov,
Elşən Babazadə,
Əli Əliyev,
Fərid Mehbalıyev,
Ülvi Nəsirov,
Ümid Həsənov,
Saleh Qurbanov,
Nəzər Əzizov,
Səid Həsənov,
Azad Kərimov,
Elnur Rüstəmov,
Yunis Kazımov…
qəhrəmancasına şəhid olub.
Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə tezliklə şəfa diləyirəm.
Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.