Aİ rəsmisi Ermənistan-Azərbaycan sərhəddində gərginlikdən narahatdır
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Koyvo Klaar Ermənistan və Azərbaycanın dövlət sərhəddində yeni gərginliklə bağlı narahatlığını bildirib.
“Ermənistan-Azərbaycan dövlət sərhəddində dərin narahatlıq doğuran hadisələr davam edir. Yeni itkilər qeydə alınmadan təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq. Avropa İttifaqı tərəflərə kömək etməyə hazırıdır”, – o, Tvitter hesabında yazıb.