Putin Əliyevə: “Kompromis həllər tapdığınız üçün təşəkkür edirəm”

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı vəziyyətin həlli üçün kompromis həllər tapdığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdi.

 

“Əlbətdə ki, ən vacib məsələlərdən biri bölgədəki vəziyyətin həlli olaraq qalır. Bilirəm ki, buna böyük diqqət və əhəmiyyət verirsiniz. Və kompromis həllər tapdığınız üçün sizə təşəkkür etmək istəyirəm”. Bunu iyulun 20 də Kremldə Ilham Əliyevlə görüşdə dedi.

 

“Onlar hər zaman ən çətin addımlardır. Ancaq məsənin həllini istəyiriksə, bu yolu tutmalıyıq. İndiyə qədər bunu bacarmışıq” – deyə RİA Novosti Putindən sitat gətirdi.

 

Əliyev həmçinin Qarabağda münaqişədən sonrakı dövrü keçməyə qərarlı olduğunu bildirdi. Bu mövzuda Rusiya prezidenti ilə daim təmasda olduğunu vurğuladı.

 

“Hərbi əməliyyatlar bitdikdən sonra keçən səkkiz ay ərzində düşünürəm ki, həm yanvar ayında Moskvada, həm də telefonda olan şəxsi ünsiyyətimiz vəziyyətin sabitləşməsində çox vacib rol oynadı. Münaqişədən sonrakı dövrün ağrısız keçməsinə qərar verdik. Birgə səylərlə buna nail oluruq “- dedi.

 

Turan