Azərbaycan hərbçiləri NATO təlimlərində iştirak edəcək

İyulun 26-da Gürcüstanda Şimali Atlantika Alyansının (NATO) himayəsi altında onuncu çoxmillətli hərbi təlim başlayacaq. NATO mətbuat xidmətinin yaydığı məlumata görə, Agile Spirit 2021 (“Çevik Ruh”) adlı təlimlərdə Gürcüstan və ABŞ-dan əlavə, 13 NATO ölkəsindən və ittifaqın tərəfdaş dövlətlərindən, o cümlədən Türkiyə və Azərbaycandan olan hərbçilərin iştirakı planlaşdırılır.

 

Hərbi təlimlər avqustun 6-dək davam edəcək.

 

NATO-nun ötən illərdə Gürcüstan ərazisində keçirdiyi hərbi təlimlərdə dəfələrlə iştirak etmiş Ermənistan isə bu il təlimlərə qatılmayacaq.

 

Basta