“Bu nə ağılsız sözdür?!” Şeyxin açıqlamasına Müsavatdan etiraz
“Xameneinin fətvası bizi Qarabağda qələbəyə çatdırdı”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.
Şeyxin bu açıqlaması Azərbaycanda etiraza səbəb olub. Müsavat başqanı Arif Hacılı 44 günlük Vətən müharibəsi günlərində İranın Ermənistana yardımlarını xatırladıb.
“Düşmənə siyasi dəstək, ərzaq, hərbi texnikası üçün yanacaq verənlər, ərazilərinə bir mərmi düşsə bizi müharibə ilə hədələyənlər, 44 günlük müharibə dövründə sərhədimizə hərbi texnika çəkənlər, “Azərbaycan”, “Qarabağ” deyib hayqıran güneyli soydaşlarımızı zindanlara atanlar, yalnız uğurumuzun qaçılmaz olduğunu anladıqdan sonra ritorikalarını dəyişdirmək zorunda qalanlar indi ordumuzun qələbəsinə şərik çıxmağa çalışır? Bu nə mənasız, ağılsız, nəhayət allahsız sözdü?!” – deyə, Müsavat başqanı etirazını ifadə edib.
“Fətva olmasa torpaq uğrunda həlak olan vətən övladlarımız şəhid sayılmayacaqdı? Yoxsa 10 minlərlə əsgər və zabitimiz ölümün gözünə dik baxıb vətən torpağı uğrunda düşmən üzərinə yeriməyəcəkdi?” – deyə, Arif Hacılı bildirib.
Basta