Azərbaycan-Ermənistan sərhədində son durum
Azərbaycan-Ermənistan sərhədində ötən gün davam edən atışmalardan sonra tərəflər vəziyyətin sabitləşdiyini qeyd edirlər.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Vedi rayonunun Arazdəyən kəndi üzərində “guya Azərbaycan” hərbi dronunun vurulması barədə yayılan xəbərləri təkzib edib. Nazirliyin yaydığı məlumata əsasən, onun bölmələri tərəfindən havaya “heç bir PUA qaldırılmayıb”.
Şənbə günü Ermənistan Müdafiə Nazirliyi hava məkanına “müdaxilə etmək cəhdini” şərh edib.
“23 iyul tarixində saat 23.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində PUA-nın Ermənistan Respublikasının hava məkanına müdaxilə etmək cəhdini dayandırıb”.
Azərbaycan Müdafiə Nazirliyinə əsasən, Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində “vəziyyət sabitdir”. Ermənistan Müdafiə Nazirliyi də sərhədin “bütün istiqamətlərində” vəziyyətin sabit olduğunu bildirir.
Bu məlumatdan, əvvəl cümə günü, Azərbaycan tərəfi Kəlbəcər rayonu sahəsindəki mövqelərinin atəşə tutulması nəticəsində bir hərbçinin şəhid olduğunu bildirib. Ermənistan isə üç hərbçinin yaralandığını açıqlayıb.
BBC