“Xameneyi İrana silah, Azərbaycana fətva göndərirmiş” – Ərdoğanın müşavirindən Şeyxə etiraz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmaz Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə etiraz edib.

 

Oxu.Az-ın məlumatına əsasən, Küçükyılmaz bununla bağlı “Twitter” hesabında paylaşım edib.

 

Türkiyə prezidentinin baş məsləhətçisi qeyd edib:

 

“Xameneyi (İranın ali dini lideri) Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”, – deyə Küçükyılmaz əlavə edib.

 

Qeyd edək ki, Hacı Allahşükür Paşazadənin iyulun 21-də bayram namazından sonra səsləndirdiyi bəyanat müzakirələrə səbəb olub.

 

O bildirib ki, Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı.

 

 

Oxu.az