Təhlükəsizlik məmurları azərbaycanlı vəkilin evinə basqın edib

Avqustun 25-də İran təhlükəsizlik təşkilatının 10 məmuru “Mərkəz” və “Məhbusların Hüquqlarını Müdafiə” dərnəklərinin üzvü, vəkil və hüquqşünas Məhəmmədrza Fəqihinin evinə basqın ediblər.

 

Məmurlar heç bir məhkəmə arayışı göstərmədən azərbaycanlı vəkilin evində axtarış aparıb, ona məxsus iki mobil telefon, kompüterin hard diski və bir sıra sənədləri özləri ilə aparıblar.

 

Məhkəmə vəkili Səid Xəlili bildirib ki, Məhəmmədrza Fəqihinin ailəsinin istəyi ilə Tehranın “Evin” zindanına gedib. Zindan məsulları onu giriş qapısında qarşılayıb və deyiblərki, Məhəmməd Rza Fəqihi üçün nə vəkil qəbul edir, nədə girov qarşılığında azadlığa buraxmaq barədə düşünmürlər.

 

Avqustun 14-də təhlükəsizlik təşkilatının əməkdaşları vəkillər Məhəmmədrza Fəqihi, Arəş Keyxosrəvi, Mustafa Nili və Leyla Heydərini, eləcə də mədəni fəallar Mehdi Mahmudiyan və Məryəm Əfrafərazini həbs ediblər.

 

Bildirilir ki, fəallar həbs edilmələrindən bir müddət əvvəl İranın təhlükəsizlik qurumları tərəfindən təzyiqə məruz qalıb, xəbərdarlıq alıblar.

 

Ölkədə koronavirusdan ölənlərin sayının faciə həddinə çatmasından narahat olan vəkillər və mədəni fəaqlların  Amerika və Britaniya vaksinlərinin ölkəyə idxalını qadağan edən axund Əli Xamneyiyə qarşı birgə şikayət məktubu hazırladığı bildirilir.

 

Həbs edələn vəkillərin və mədəni fəalların konkret nədə günahlandırıldığı və onların hazırda harada saxlanılması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, Məhəmmədrza Fəqihi bir sıra türk milli-mədəni fəalların, o cümlədən Əkbər Azad, Lətif Həsəni, Abbas Lisani, Ayət (Yürüş) Mührəlibəyli, Siyamək Mirzayi, Əlirza Fərşi, Behnam Şeyxi və başqalarının vəkilliyini edib.

 

gun az article

 

Günaz TV