İlin sonunadək Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının görüşü baş tuta bilər

Bu ilin sonunadək Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü baş tuta bilər. Belə bir proqnozla Rusiya Siyasi və İqtisadi Kommunikasiya Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov RİA Novosti-yə müsahibəsində çıxış edib.

 

“Belə dövrlərdə Azərbaycan və Ermənistan rəhbərliyinin beynəlxalq auditoriyaya dialoqa açıq olduğunu nümayiş etdirməsi vacib olacaq, baxmayaraq ki, yaxın aylarda sərhəd zonalarında gərginlik qalacaq”, – Neyjmakov bildirib.

 

Analitikin fikrincə,  daxili auditoriya adətən bu cür danışıqlara narahatlıqla yanaşır. Məsələn, erməni mətbuatı vaxtaşırı olaraq Bakının maraqlarına hesablanan güzəştlərin hazırlandığı haqda şayiələr yayır. Eyni zamanda, beynəlxalq arenada bu cür qarşıdurma iştirakçılarının imici üçün dialoqa hazırlıq jestlərinin üstünlükləri var.

 

Neyjmakov hesab edir ki, Rusiyanın bu məsələdə marağı onun vasutəçiliyi ilə aparılan  danışıqlar prosesinin inkişaf etdiyini göstərməkdir.

 

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan danışıqlara hazır olduğunu və təkliflər gözlədiyini bildirmişdi.

 

Basta