İsa Qəmbər rus soldatının Azərbaycandan çıxarılmasının istiqamətlərini göstərdi – Video-müsahibə
Avqustun 25-də Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidmətdə olan əsgəri Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalaraq, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət almasından sonra Azərbaycan hərbçilərinin Ermənistanın Qafan və Gorus şəhərlərini birləşdirən yolun sərhəddə yerləşən Şurnux kəndi yaxınlığındakı hissəsini mühasirəyə aldığı barədə xəbərlər yayıldı. İnformasiyaya görə, yolun bağlanması nəticəsində Ermənistanla İran arasında quru əlaqə kəsilmişdi.
Avqustun 27-si axşam saatlarında bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan avtomobil yolunun açılmasına dair razılıq əldə edilib. Erməni mətbuatının yazdığına görə, Bakı yol boyunca Rusiya-Azərbaycan müştərək keçid məntəqələrinin quraşdırılması şərti ilə yolu açmağa razılıq verib.
Gorus-Qafan yoluna Rusiyanın nəzarət etməsi ilə bağlı erməni tərəfinin iddialarına rəsmi Bakı niyə reaksiya vermir?
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində Qarabağ ərtafında baş verən proseslərlə bağlı bu və digər suallara cavab verir.
Turan