Vəkil Elçin Sadıqova hücum etiraz doğurdu
Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqova edilən hücum etirazla qarşılanıb.
Bir sıra vəkillər, hüquq-müdafiə təşkilatları və siyasi partiyalar vəkilə hücum faktı ilə bağlı cinayət işinin qaldırılmasını tələb edib.
“Vəkilə hücum – ədalətə edilən hücumdur. Vəkil Elçin Sadıgova olan hücumu pisləyir, fakt üzrə cinayət işinin qaldırılması və təqsirkarın cəzalandırılmasını tələb edirik” – deyə Müsavat Partiyası mətbuat xidmətinin açıqlamasında deyilir.
Qeyd edək ki, həbsdə olan general-leytenant Rövşən Əkbərovun oğlu vəkil Elçin Sadıqova hücum edib.
Sadıqov bununla bağlı huquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib. Vəkil öz müraciətində qeyd edib ki, general Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edir:
“Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün fəaliyyət göstərdiyimə görə məhkəmə iclasından çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı. Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut var.
Xahiş edirəm ki, bu faktı xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz”.
Basta