Pəncşirə hücumlar dəf edilib: 500-dən çox talib öldürülüb

Əfqanıstan müqavimət qüvvələri “Taliban”ın Pəncşir vadisinə hücumlarını dəf edib, 500-dən çox silahlı öldürülüb.

Bu barədə “Sputnik Əfqanıstan” əyalətdəki mənbələrə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, hazırda “Taliban” qüvvələri Pəncşirə keçməyə çalışır, amma buna nail ola bilməyəcəklər. Heç bir postu tutmayıb, iki gün ərzində 500-dən çox silahlıları öldürülüb.

 

Onlarla yaraqlının təslim olması ilə bağlı məlumatlar da var. Pəncşir Teleradio Şirkətinin əməkdaşının sosial şəbəkədə yazdığına görə, “Taliban”ın itkiləri o qədər çoxdur ki, meyitləri çıxarmaq üçün yerli əhalinin köməyindən istifadə etmək məcburiyyətindədirlər.

 

“Taliban” Pəncşir hücumunda itkilərini rəsmən təsdiqləməyib.

 

Xatırladaq ki, daha əvvəl “Taliban” nümayəndəsi Əmir Xan Mottaki müqavimət qüvvələri ilə danışıqların uğursuz olduğunu söyləyib. Bunun səbəbini isə kiçik Əhməd Məsudun qeyri-real tələbləri ilə izah edib. (azvision.az)