Azərbaycanda həbsdə olan Türkiyəli iş adamı aclıq aksiyasına başladı
Vəkil Osman Kazımov: “Qardaş Türkiyənin səfirliyi və Baş prokurorluq bu işi nəzarətdə saxlamalıdır”
Türkiyə vətəndaşı, iş adamı Tosun Güngor 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq Aksiyasına başlayıb.
Bu haqda “Basta”ya onun vəkili Osman Kazımov məlumat verib.
“Tosun Güngor Abşeron rayon Polis İdarəsi İstintaq Şöbəsinin və Abşeron rayon prokurorluğunun qanunsuz və qərəzli istintaq hərəkətinə etiraz olaraq aclıq aksiyası keçirir. Cinayət işi o qədər bərbad səviyyədədir ki, dövlət adına utancdlr. Şəxs günahsızdır” – deyə vəkil bildirib.
“Həsən Güngor Azərbaycanda sahibkarlıqla məşğul olub. Onun profilaktoriyası var. Osman Kazımovun sözlərinə görə, müvəkkili bu il may ayında şərlənərək həbs olunub, barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (dələduzluq) cinayət işi başlanılıb: “Onun barəsində seçilən iki aylıq həbs qətimkan tədbiri uzadılarkən hətta müstəntiq dedi ki, həbsxanada saxlamağa ehtiyac yoxdur. Lakin Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənov həbs müddətinin uzadılması haqda qərar qəbul etdi” – deyə, Osman Kazımov qeyd edib.
Vəkil Türkiyə səfirliyi və Baş prokurorluğa sosial şəbəkə vasitəsiylə müraciət edərək, bu işin nəzarətdə saxlanılmasını istəyib.
Basta