İsrail prezidentinin oğlu Qəzza zolağında döyüşür
İsrail prezidenti İsaak Hersoqun oğlu orduya çağırılıb və Qəzza zolağında döyüşür.
Bu barədə prezidentin həyat yoldaşı Mixal Hersoq məlumat verib.
İsrail prezidentinin üç oğlu var: Noam, Matan və Roi. Mixal onlardan hansının Qəzzada olduğunu dəqiqləşdirməyib.
“Düşünürəm ki, vəziyyət bütün analar üçün çətindir, bir çox analar uşaqları üçün narahatdırlar. Amma innırıq ki, hər şey yaxşı olacaq” – deyə, prezidentin xanımı “Kan Reşet Bet” radiostansiyasına müsahibəsində bildirib.
Xatırladaq ki, ötən həftə İsrailin baş naziri Benyamin Netanyahunun qardaşı oğlu, kapitan Yair Edu Netanyahu Qəzza zolağında davam edən döyüşlərdə həlak olub. Netanyahunun öz oğlu Avner Netanyahu da ümumi səfərbərlik çevrisində oktyabrın 10-da hərbi xidmətə çağrılıb.
Basta