Müsavat başqanından dünya azərbaycanlılarına çağırış

“Dünyanın bir sıra şəhərlərində keçirilən Qarabağ aksiyaları bundan sonra da yalnız yerli qanunlar əsasında, heç bir təxribata uymadan, zorakılıqlara yol vermədən davam etdirilməlidir”.


Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Amerika və Avropada azərbaycanlılarıyla ermənilərin əlbəyaxa davalarına münasibət bildirərkən deyib.

“Brüsseldə 10 nəfərin hücumuna baxmayaraq iradə və məğrurluq nümayiş etdirən soydaşımızın davranışı təbliğ olunmağa layiqdir. Los Ancelesdə, Brüsseldə baş verən vəhşiliklərə adekvat cavab verilməməlidir. Hələlik bu hadisələrə ən düzgün cavab Brüsseldə soydaşımızın məğrurluğu, həm Brüsseldə, həm də Los Ancelesdə günahkarların həbs edilməsidir. Digər davranışlar bütün dünyada millətimizə qarşı misilsiz təbliğat kampaniyasına, haqlı olduğumuz yerdə haqsız duruma düşməyimizə səbəb olacaq. Dünya ölkələri şəhərlərində keçirilən Qarabağ aksiyaları bundan sonra da yalnız yerli qanunlar əsasında, heç bir təxribata uymadan, zorakılıqlara yol vermədən davam etdirilməlidir”, – deyə, Müsavat başqanı çağırış edib.

Basta