Naxçıvanın keçmiş daxili işlər nazirinin oğlanları sərbəst buraxılıb
Naxçıvanın keçmiş daxili işlər naziri Səyavuş Mustafayevin oğlanlarını bu gün, iyulun 24-də sərbəst buraxıblar.
Bu barədə Mustafayevin oğlu Əsgər Mustafayev Amerikanın Səsinə bildirib.
İyulun 14-də Milli Məclisin qarşısında Azərbaycan Ordusunu müdafiə məqəsdi ilə keçirilən aksiyada yaranmış insident faktı üzrə cinayət işi qaldırılıb. Naxçıvanın keçmiş daxili işlər naziri Səyavuş Mutsafayevə qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə ittiham irəli sürülüb, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bundan sonra keçmiş naizrin oğlanları Əsgər və Türkeş Baş Prokurorluğun İstintaq İdarəsində dindirlib.
“Dünən, iyulun 23-də mən qaradaşımla İstintaq İdarəsində izahat yazıb sərbəst buraxıldıq. Lakin istintaq idarəsindən sərbəs buraxıldıqdan sonra polis tərəfindən saxlanıldıq. Qardaşımı Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə, məni isə həmin idarənin 37-ci Polis Bölməsinə apardılar. Bu gün günorta saatlarınadək hər ikimizi saxladılar. İndi heç bir izahat vermədən sərbəst buraxdılar,” Əsgər Mustafayev qeyd edib.
O atasının 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanıldığını bildirir.
“Atamla görüşümüzə imkan vermirlər,” o qeyd edib.