“Ərizələrə aylarla cavab verilmir” – DSMF-dən şikayət
Redaksiyamıza Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin fəaliyyəti ilə bağlı şikayət məktubu daxil olub. Bəhruz Sahiboğlunun göndərdiyi məktubda adıçəkilən idarədə ərizələrə baxılmaması və süründüməçiliyə yol verilməsindən narazılıq ifadə edilib.
“Anam, Bədəlova Tahirə Şəmil qızının pensiyası 2021-ci il yanvarın 1-dən kəsilib. 3-cü qrup əlil olduğu üçün yoxlmaya göndərilib. Hələ də cavab yoxdur.
Bu ilin may ayında ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlətlə Təyinat İdarəsinə əliliyin ləğvi, yaşa görə pensiyanın təyin olunması barədə müraciət edilib. Qanunla ərizənin baxılma müddəti 30 iş günüdür. Amm 4 aydır heç bir nəticə yoxdur.
Həmin qurumla əlaqə saxladıqda heç bir səbəb gətirmədən saymazyana şəkildə eyni sözləri təkrarlayaraq “baxılır” deyilir. Deyirsən ki, bəs dövlət başçısı çıxışında hər dəfə vurğulayır ki, əhalini incitməyin, qanuni tələblərini yerinə yetirin, süni manelər yaratmayın, süründürməçiliyə yol verməyin. Bəs niyə əməl etmirsiniz, biz sözümü kimə deyək, kimə şikayət edək? Cavabında “ürəyiniz hara istəyir” deyirlər, ya da telefon dəstəyini üzümüzə qapadırlar.
…Anam ürək xəstəsidir, bu ayda ailədə 3 nəfərdə koronavirus aşkarlanib, evdə mualicə olunuruq, maddi sıxıntı içindəyik. Bu qurumdan istədiyimiz, tələbimiz, hər hansısa bir yardım deyil, qanuni şəkildə pensiyanın verilməsidir”.
Şikayətçi həmçinin bildirib ki, əvvəllər ailə başçısını itirmiş şəxlər ona aid olan pensiyanın 35 faizni alırdısa, qanunda dəyişiklikdən sonra bu rəqəm 80 faizə qaldırılıb. Lkin bununla bağlı da ərizə ilə müraciət olunmasına baxmayaraq, aylardır ərizəyə cavab verilməyib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Basta