30 ildə qazаndıqlarımız və itirdiklərimiz

30 ilə yaxındır ki, Əliyevlərin ikinci hakimiyyətində yaşamağa məhkum edilmiş vəziyyətdəyik. Oturub fikirləşirəm: Bu 30 ildə nə qazandıq, nə itirdik?

 

Qazandıqlarımız:

 

1. Bakının küçə və meydanlarında saysız, hesabsız körpülər, tunellər.

 

2. Bakının hər yerində hündür binalar.

 

3. Ölkəmizin hər yerində uzun-uzun magistrallar.

 

Amma bütün bunların başa gəlmə xərclərinə baxanda real qiymətdən on dəfə artıq pul silindiyini, talan edildiyini görürsən. Fikirləşirəm ki, heç olmasa tikilən tikildiyi yerində qalacaq.

 

 

İtirdiklərimiz:

 

 

1. Sovet dövründən qalma bütün zavod və fabriklərin sökülüb dağıdılması və əvəzində düşünülmüş şəkildə, bilərəkdən heç bir istehsal sahələri yaratmayaraq əhalinin günəmuzd iş axtarışlarına məhkum etməklə “bir parça çörəyə” mohtac qoyulması.

 

 

2. Vətəndaşların ən çox ehtiyac duyduqları sahələrin—təhsilin, səhiyyənin və hüquq sisteminin (məhkəmə, istintaq, müdafiə) bilərəkdən, sistemli şəkildə bərbad vəziyyətə salınması.

 

 

3. Ölkə üzrə bütün seçkilərin və referendumların demək olar ki, yox edilməsi.

 

 

4. Qarabağın böyük bir hissəsinin ermənilərin və Rusiya qoşunlarının ixtiyarına verilməsi.

 

 

5. Ölkədə kütləvi işsizliyin kritik həddə çatması və büdcədən maliyyəşən az sayda qeyri istehsalat sahələrində işləyən vətəndaşların (təhsil, səhiyyə və s.) keçmiş sovet respublikaları ilə müqaisədə ən az orta əmək haqqına mohtac edilməsi.

 

 

6. Millətin bəxtinə düşmüş yeraltı və yerüstü sərvətlərin talan edilərək gələn gəlirlərin təyinatına uyğun olmadan sağa-sola xərcləməklə korrupsiya yolu ilə talan edilməsi.

 

 

7. Və ən faciəvisi – ölkədə oturuşmalı olan demokratik idarəetmənin üstündən qırmızı xətt çəkilməsi və nəticədə monarxik idarəetmənin çiçəklənməsi.

 

 

Çingiz Əli