Gürcüstanda seçkilərin ilkin nəticələri açıqlandı – Yenilənib
Gürcüstan Mərkəzi Seçki Komissiyası səslərin 56,13% -nin sayılmasından olan olan nəticələri açıqlayıb. MSK -nın məlumatlarına görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 47,66% səslə yerli hakimiyyət orqanlarına keçirilən seçkilərdə liderdir.
Ən böyük müxalifət partiyası “Vahid Milli Hərəkat” 31.06% səs toplayıb. üçüncü yerdə 7.3% səslə keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan Naminə” partiyasıdır.
Gürcüstanda yerli seçkilər oktyabrın 2 -də keçirilib. Seçici fəallığı 51,92%təşkil edib.
***
Gürcüstanda Mərkəzi Seçki Komissiyası dünən özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.
3743 seçki məntəqəsindən 1446 -sında səslər sayılıb ki, bu da ümumi səslərin 38,63% -ni təşkil edir.
MSK -dan verilən məlumata görə, səslər partiyalar arasında aşağıdakı kimi paylanıb:
“Gürcü Arzusu” – 48,56%
“Vahid Milli Hərəkat” – 31.23%
“Gürcüstan üçün Georgi Qakharia” – 6,87%.
“Sınayın” – 2,6%
“Avropa Gürcüstanı” -1.82%
“Patriotlar Alyansı” – 1,42%
“Strategiyalar Yaradıcısı” – 1.27%
Leyborist Partiyası – 1,25%
Digər partiyalar 1 faizdən az səs toplayıb.
İlkin məlumatlar onu göstərir ki, Tbilisi, Kutaisi, Batumi, Rustavi və Poti şəhərlərində namizədlərdən heç biri 50 faiz səs toplamadığı üçün, həmin yerlərdə merin müəyyən olunması üçün seçkilərin ikinci turu keçirilməlidir.
***
Hakim partiyanın baş katibi Kaxa Kaladze ölkədə növbəti seçkilərin 2024 -cü ildə keçiriləcəyini söyləyib
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu gün keçirilən bələdiyyə seçkilərdə 1.815.776 seçici iştirak edib ki, bu da ümumi seçicilərin 51.92% -ni təşkil edir.
Gürcüstanın baş naziri, hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili yerli seçkilərdə qalib gəlməsi münasibətilə seçicilərini təbrik edib.
Artıq 3 telekanal “exit-poll”un – seçki məntəqələrinin çıxışında keçirilən sorğunun nəticələrini açıqlayıb. Rəqəmlər fərqli olsa da, hər 3-də hakim partiyanın qalib gəldiyi ortaya çıxır:
1. Hakimiyyətə loyal münasibəti ilə seçilən “İmedi” telekanalı
“Gürcü Arzusu” – 47,6%, “Vahid Milli Hərəkat” – 27,1% səs
2. Müxalifətyönümlü “Mtavari Archi” televiziya şirkəti
“Gürcü Arzusu” – 38,6%, “Vahid Milli Hərəkat” – 33%.
3.”Formula” müxalifyönlü televiziya şirkəti.
“Gürcü Arzusu” – 46%, “Vahid Milli Hərəkat” – 33%.
“Bu gün səkkizinci dəfə qələbə qazanmağımız bizim üçün böyük şərəfdir. Bir daha “Gürcü Arzusunun” hər bir üzvünü bu böyük qələbə münasibətilə təbrik edirəm. Kaxa Kaladzeni təbrik edirəm, bütün bələdiyyə başçılarını layiqli qələbə münasibətilə təbrik edirəm, partiyamızı təbrik edirəm , bu ölkəmiz və xalqımızln qələbəsidir, əziz dostlar”, – deyə, Qaribashvili bildirib.
O, seçicilərə göstərdikləri dəstəyə görə təşəkkür edib.
“Bu gün ölkədə qütbləşməni tamamladıq. Bu gün nifrət və yalan dövrünü başa vurduq. Sabahdan etibarən sakitlik, inkişaf və sabitlik dövrü başlamalıdır”, – Qaribaşvili əlavə edib.
Tbilisi meri vəzifəsini icra edən Kaxa Kaladze də təbrik nitqi söyləyib.
“Gürcü Arzusu” bu gün ölkəni zorakılıqla hədələyən və qisas almaq istəyən radikal qüvvəyə layiqli cavab verdi. Gürcüstanda növbəti seçkilər 2024 -cü ildə keçiriləcək”, – Kaxa Kaladze bildirib.
Exit-polların nəticələri Kaladzenin rəqiblərindən daha çox səs topladığını, lakin ilk turda qalib gəlmək üçün bəs etməyəcəyini göstərir.
Gürcüstanda bu gün keçirilən seçkilərdə maraq doğuran əsas məsələlərdən biri hakim “Gürcü Arzusu” partiyasının 43% səs toplaya bilib-bilməyəcəyidir. İlin əvvəlində hakim partiya ilə müxalifət arasında imzalanan sazişə əsasən, əgər “Gürcü Arzusu” seçkilərdən 43 faizdən az səs toplayarsa, ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair öhdəlik götürmüşdü. Eks-prezident Mixail saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” bu sazişə qoşulmayıb. “Gürcü Arzusu” isə ötən ay sazişdən çıxdığını bəyan edib. Buna rəğmən hakim pariyanın 43 faizdən az səs toplayacağı təqdirdə ictima rəy növbədənkənar seçkilərin keçirilməsini tələb edəcək.
Mixail Saakaşvilinin vətənə qayıtması Gürcüstandakı siyasi vəziyyəti daha da gərginləşdirib. Gürcüstanda bir sıra işlər üzrə məhkum edilmiş keçmiş dövlət başçısı Tbilisidə saxlanılıb. Saakaşvilinin özünü siyasi məhbus hesab edir. O, öz tərəfdarlarını “Gürcü Arzusu”nun hakimiyyətinə son qoymaq üçün bazar günü mitinqə çağırıb.
***
Bir məntəqədə seçkinin nəticəsi açıqlandı
Tbilisidəki Krtsanisi rayonu 5 saylı seçki məntəqəsinin sədri Tsira Baramidze jurnalistlərə bu məntəqədə keçirilən səsvermənin nəticələrini açıqlayıb.
Bu il pilot layihə olaraq Krtsanisi rayonundakı 31 seçki məntəqəsində səslərin elektron hesablanması proseduru tətbiq edilib. Baramidzenin sözlərinə görə, məntəqədə qeydiyyatdan keçən 1218 seçicidən 548 -i səsverməyə gəlib.
İlk beş yeri tutan namizədlərin səsləri aşağıdakı kimi olub:
Kaxa Kaladze (“Gürcü Arzusu”) – 253 səs
Nika Melia (“Milli Hərəkat”) – 167
Giorgi Gakharia (“Gürcüstan üçün”) – 44
Anna Dolidze (“Xalq üçün”) – 29
Anna Bibilaşvili (“Gürcüstan üçün Lelo”) – 16.
Basta