İran Ermənistana yük daşımaq üçün yeni yol tikəcək

Ermənistan XİN başçısı Ararat Mirzoyanın Tehrana rəsmi səfəri zamanı İranın yük maşınları üçün yeni yolun tikintisi haqqında razılıq əldə olunub. Bu barədə Mirzoyanla görüşdən sonra keçirilən brifinqdə İranın XİN başçısı Əmir Abdullahiyan bildirib.

 

“Biz strateji səviyyədə yaxşı razılaşmalar əldə etdik və bu gün Tehranda iki ölkə arasında münasibətlərin yeni yol xəritəsini tərtib edirik. Biz iki ölkə arasında yük marşrutları üçün tranzit yolunu bərpa edəcəyik, layihə ən qısa zamanda həyata keçiriləcək”, deyə o bildirib.

 

Elə həmin gün İranın “Nəqliyyat infrastrukturunun tikintisi və inkişafı” şirkətinin rəhbəri Heyrolla Xademi Yerevana səfər edib. O, İranın tranzitlə gedən yük maşınları üçün alternativ marşrut olacaq Tatev yaşayış məntəqəsindən keçən yolun vəziyyəti ilə tanış olacaq. Ermənistan tərəfin məlumatına görə, söhbət 20 kilometrlik hissənin tikintisindən gedir. İşlərin bir ay ərzində yekunlaşdırılması planlaşdırılır.

 

Xatırladaq ki, bir ay əvvəl Azərbaycan İrandan Ermənistana gedən yolun Azərbaycan ərazisindən keçən 20 kilometrlik hissəsindən istifadə edən yük maşınlarından rüsum almağa başlayıb. Bu tədbir Tehranın Bakının İranın yük maşınlarının Qarabağa getməsinin yolverilməz olduğu, bunun Azərbaycanın suverenliyini pozduğu haqqında dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymamasına cavab olaraq tətbiq edilib. Son günlər Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsinə məhz bu səbəb olub.

 

İran Ermənistanda öz yük maşınları üçün yeni yol tikəcək

 

Turan