İsrail hərbçilərinin Qarabağda olması bəyanatı böyük axmaqlıqdır – İsrail səfiri
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi rəsmi Tehranın Qarabağda İsrail hərbçilərinin olmasını “böyük axmaqlıq” adlandırdı.
“Düşünürəm ki, bu, böyük bir axmaqlıqdır, çünki Dağlıq Qarabağ bölgəsində həm Rusiya, həm də Türkiyə hərbçiləri var. İranlıların fantaziyalarına qalsa, orada Marslıların olduğunu da söyləyəcəklər”,-deyə səfir jurnalistlərə bildirib.
Turan