Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edildi
Oktyabrın 8-də Ağır Cinayətlər Məhkəməsinində AXCP fəalı Niyaməddin Əhmədovun işi üzrə məhkəmə başa çatıb. Məhkəmə binasının qarşısında polis dəstələri düzülüb. Proses açıq olsa da, polis zala heç kimi buraxmayıb. Polis məhkəməyə gələn bir neçə AXCP fəalını saxlayıb.
Hakim Niyaməddin Əhmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Xatırladaq ki, Niyaməddin Əhmədov partiya sədri Əli Kərimlinin mühafizəçisidir. O, 2020-ci il aprelin 15-də saxlanılıb. Ertəsi gün məhkəmə onu karantin rejimini pozma və polisə tabe olmama ittihamı ilə 30 gün müddətinə həbs edib. Sonradan o, yeni maddə ilə – terrorçuluğu maliyyələşdirməkdə ittiham olunub və məhkəməyə verilib. AXCP bütün ittihamların uydurma olduğunu, Əhmədovun siyasi motivlərlə həbs edildiyini bəyan edib.
Basta