Müsavat Divanının gündəliyi

Polisin Novxanıdakı ziyarət tədbirinə qanunsuz müdaxiləsi pislənilib, AXCP fəalları Niyaməddin Əhmədovun və Fuad Əhmədlinin azadlığa buraxılması tələb edilib

 

Oktyabrın 11-də Müsavat Partiyası Divanının iclası keçirilib.

 

Partiyanın 110 illiyi ilə bağlı keçirilən Dəyirmi Masa və və Novxanıda Azərbaycan Xalq Cümhuriyyətinin banisi və Müsavat Partiyasının ilk başqanı Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ziyarət olunması haqqqında məlumat verilib. Polisin bu tədbirə qanunsuz müdaxiləsi Azərbaycan hakimiyyətinin Rəsulzadəyə və Müsavat Partiyasına qısqanc münasibətinin nəticəsi kimi qiymətləndirilib. Partiya başqanının müavini Səxavət Soltanlının heç bir əsas olmadan saxlanılması və cərimə edilməsi pislənilib.

 

İclasda AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsi, partiya fəalı Fuad Əhmədlinin barəsində 30 sutka həbs qərarının verilməsi Azərbaycanda siyasi repressiyaların davamı kimi qiymətləndirilib, onların dərhal azadlığa buraxılması tələb edilib.

 

Vətən müharibəsinin bir illiyi ilə əlaqədar şəhidlərin məzarlarının ziyarət mərasimlərində partiya rəhbərliyinin iştirakı təqdir edilib.

 

Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 30-cu ildönümü ilə bağlı həmin gün saat 12:00 Fəxri Xiyabanda Azərbaycan Milli Azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi haqqında qərar qəbul olunub.

 

Sonda cari məsələlər müzakirə olunub.

 

Basta