Müsavat qanunun dəyişdirilməsini tələb edir
Martın 27-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib və təşkilati məsələlər müzakirə olunub.
Azərbaycandakı siyasi partiyalar haqqında qanuna edilən mürtəce dəyişikliklərlə bağlı beynəlxalq reaksiyalar təqdir edilib. Müsavat Partiyası Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda “Siyasi partiyalar haqqında” qəbul olunan yeni qanunla bağlı birgə rəyinin obyektiv olduğunu vurğulayaraq hakimiyyətdən qoşulduğu konvensiyaların tələblərinə əməl olunmasını və qanunun dəyişdirilməsini tələb edib.
Siyasi motivlərlə həbs olunduqdan sonra təcridxana aclıq aksiyası keçirən AXCP fəalı Əlizamin Salayevin səhhətinin pisləşdiyi barədə məlumatlardan narahatlıq ifadə edilib. Divan Əlizamin Salayev aclığı dayandırmağa çağırıb.
İclasda Qarabağdakı son durum, Ukraynada gedən müharibə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta