Sülh danışıqları şəffaf aparılsın – Divanın gündəliyi
Müsavat Azərbaycanla Ermənistan arasında hazırlanan sazişlə bağlı xalqa qabaqcadan məlumat verilməsini tələb edir
Oktyabrın 25-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
Partiya strukturlarının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə görüləcək işlər barədə təkliflər irəli sürülüb.
Daha sonra Azərbaycan-İran münasibətlərinə dair son gəlişmələr mövzusunda fikir mübadiləsi aparılıb.
İclasda yaxın həftələrdə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacağı haqda məlumatlar müzakirə olunub. Divan sülh sazişı ilə bağlı danışıqların şəffaf olmasını, hazırlanan müqavilə ilə bağlı qabaqcadan xalqa məlumat verilməsini tələb edir.
Sonda cari məsələlər müzakirə olunub.
Basta