Təbrizdə etiraz aksiyası – Əhali ilə polis qüvvələri arasında toqquşma baş verib-FOTO+VİDEO

 

Təbriz şəhərinin Kərkəc bölgəsində etiraz aksiyası keçirir. Narazı əhali Təbriz-Tehran yolunu bağlayıb.

Bu dəqiqələrdə verilən məlumatlara görə, bölgəyə çox sayda silahlı və polis qüvvəsi yeridilib.

 

Əhali ilə polis və silahlı məmurlar arasında toqquşma baş verib.

 

Etirazçılar əhalinin sıx yaşadığı bölgədə normal infrastruktur və yerüstü piyada keçidinin olmadığını, bu üzdən ölümlə nəticələnən nəqliyyat qəzalarının baş verdiyini bildirib.

 

Narazılar bildirib ki, rəsmi qurumlar problemin həll edilməsi ilə bağlı tələbləri qulaqardına vurur.

 

Məlumata görə, hazırda Təbriz-Tehran yolu bağlandığı üçün kilometrlərlə uzunluğunda avtomobil tıxacı yaranıb.

 

Etirazçı əhalini dağıtmağa çalışan məmurlarla təbrizlilər arasında qarşıdurma olduğu qeyd olunur.

 

 

Açıklama yok.

 

Açıklama yok.

Gunaz TV