Avropa Məhkəməsi Saakaşvilinin özəl klinikaya köçürülməsi barədə müraciəti təmin etməyib

Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil  Saakaşvilinin özəl klinikaya köçürülməsi ilə bağlı şikayəti təmin etməyib və onu aclıq aksiyasına son qoymağa çağırıb.

 

Bu haqda Ədliyyə naziri Rati Breqadze özünün Facebook səhifəsində yazıb: “Strasburq məhkəməsi Saakaşvilinin özəl klinikaya köçürülməsi ilə bağlı şikayətini rədd edib və aclıq aksiyasının dayandırılmasını tələb edib”.

 

Mixeil Saakaşvilinin vəkilləri, onun noyabrın  1-dən davam etdirdiyi aclıq aksiyasına görə səhhətində problemlər yarandığını, bu səbəbdən Penitensiar Xidmətin  18 saylı tibb müəssisəsindən dərhal özəl klinikaya köçürülməsi tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

 

“Gürcüstan hökuməti 2021-ci il noyabrın 24-dək Avropa İnsan Haqları Məhkəməsinə ərizəçinin sağlamlığı və təhlükəsizliyi barədə məlumat verməlidir” – deyə, Rati Breqadze yazıb.

 

Basta