Ermənistan yolunu dəyişir

Azərbaycan tərəfi Gorus-Qafan yolunnda gömrük və pasport nəzarəti məntəqələri qurduqdan sonra Ermənistan alternativ yoldan istifadə edir.

 

Bu haqda baş nazir Nikol Paşinyan Ermənistan hökumətinin iclasında deyib.

 

O, Qafan-Tatev yolunun istifadəyə demək olar hazır olduğunu, ötən gecə yüzə yaxın maşının buradan keçərək hərəkət etdiyini deyib. Paşinyanın sözlərinə görə, işlər tam başa çatdıqdan sonra həmin yoldan qoşqusu olan maşınların da keçməsi mümkün olacaq.

 

Qeyd edək ki, Azərbaycan tərəfi avqust ayından başlayaraq Gorus-Qafan yolunun Azərbaycan ərazisindən hissəsində İran maşınlarını yoxlayaraq, onlardan gömrük rüsumu alır. Noyabrın 11-dən etibarən gömrük və pasport nəzarətinin Ermənistan maşınlarına və vətəndaşlarına da şamil olunacağı bildirilir.