Moskvada “3+3” formatının ilk görüşü keçirilib

Cümə günü Moskvada Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və Iranın Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə “3+3” regional platformasının birinci iclası keçirilib.

 

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, “Gürcüstanın da dəvət olunmuş nümayəndələri görüşdə iştirakdan çəkiniblər”.

 

“Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb”, – xəbərdə deyilir.

 

İclas iştirakçıları həmçinin “aidiyyəti nazirlik və idarələrin mümkün cəlb olunması ilə” gələcək üçün iş planlarını müzakirə ediblər.