Bütün müsibətlərdə sizi görürəm

İlqar Mahmud

 

30 ilə yaxındır, getdiyim seçki məntəqələrində saxtakarlıqlarda baş rolların oyunçuları olan, qadın müəllimələrin çoxluq təşkil etdikləri, etməyin dedikdə, əllərini bellərinə qoyub, ayqır at kimi adamın çənəsinin altına yeriyən, sinələrini az qala qarşısındakının gözünə soxan məntəqə sədrləri, (Əfruz xalalar) məntəqə üzvüləri və seçkilərdə etdikləri alçaqlıqları sanki qəhrəmanlıq , vətənə xidmət edirlərmiş kimi fəxarətlə, utanmadan edən qadınlar, əlinizdə bu hər gün gələn şəhidlərimizin qanını görürəm.

 

Şəhidlərin çıxdıqları kasıb komaların, sınıq- salxaq damlarında, çökmüş divarlarlnda, evlərində gördüyüm, söykənəcəyi məftillə baglanmış oturacaq stollarında sizi görürəm.

 

Küçələrdə sürütmə çəkilən şəhid analarının yaxalarından yapışan o əllər də sizindir.

 

Səhər-səhər saat 6-da avtobus dayanacaqlarında dayanıb, avtobus gözləyən qadınlarımızın yaşından əvvəl qocalıb, bozarmış üzlərindən, ümidsiz gözlərindən yagan dərd-kədərdə sizi görürəm.

 

Kor bagırsagından əməliyyat olunmasına 500 manat tapa bilmədiyi üçün 14 yaşlı qız övladının kor bagırsagı partlayıb, gözləri önündə, inləyə-inləyə ölən ərsiz qadının fəryadında , göz yaşlarında sizi görürəm.

 

İşgalçı rus ordusunu vətənimizə siz soxdunuz.

 

Tərtər çinayətində, ölkəmizdə at oynadan, PPK, rus, fars, erməni çetelərinin ordumuzun vətən deyən ogullarını zorlaya bilmələrinin baisləri olaraq, sizi görürəm.

 

Körpə balasının istədiyi oyuncagı ala bilmədiyi üçün işdən gəlib ,yaşadıgı evin qarşısında saatlarla uşagın yuxuya getməsini gözləyən, yoldaşı pəncərədən uşagın yatdıgını işarə etdikdən sonra utana- utana evinə girən gənc atanın üzündəki çarəsiz ifadələrdə sizi görürəm.

 

Bir gündə 3 dəfə aptekə girib, eyni dərmanın qiymətini soruşub, almadan çıxan yaşlı anaların üzlərindəki çarəsizlikdə sizi görürəm.

 

Nəvəsini görmək üçün dodaqları çatlayan, lakin əli boş oldugu üçün görməyə gedə bilməyən babaların sulanmış gözlərində sizi görürəm.

 

Bir ömür mehriban olduqları insanların, xeyirinə- şərinə imkansızlıqdan gedə bilməyən insanlarımızın çəkdiyi xəcalətdə sizi görürəm.

 

Yayın qızmarında ailəsi ilə evdə televizyada istirahətdə olanlardan gedən verlişi gizləmək üçün bir bəhanə ilə kanalı dəyişən, evində kondisaneri belə olmayan ailə başçısının içində çəkdiklərində, sizi görürəm.

 

İmkanı olmadıgı üçün cəbhə bölgəsinə salınan əsgər ogluna 5 manatlıq kontur yollaya bilməyən ata-ananın ürəklərindəki yangıda sizi görürəm.

 

Yanlarından harın balaları bahalı maşınlarda sütüyərkən, bahalı restoranlarda əylənərkən, istədiyi qız ilə cibi boş oldugu üçün bir yerdə oturub, bir stəkan çay içə bilməyən gənc oglanın utanıb, qıpqırmızı pörtmüş yanaqlarında sizi görürəm.

 

Ölkədə vəba kimi yayılmış narkotikaya qurşanan gənclərin valideyinlərinin çəkdiyi zülümdə sizi görürəm.

 

Bu gün Laçın şəhərində, qəbirsanlıgımızda otlayan erməni donuzlarının, əzizlərimizin məzarları üstə burunlarından axıtdıqları o iyrənc çirkdə sizi görürəm.

 

Xülasə, Azərbaycanın və sadə Azərbaycan xalqının başına gətirilən bütün bu müsibətlərdə, o murdar qarnınız naminə vətənə və xalqa etdiyiniz xəyanəti görürəm.

 

Sizlər hansı üzlə hələ şagirdlərinizə şəhiddən, vətəndən, xalqdan ,bayraqdan danışa bilirsiniz?

 

Lənət olsun.