Saleh Rüstəmov aclığı dayandırdı

41-ci gündür aclıq aksiyası keçirən siyasi məhbus Saleh Rüstəmovun komaya düşməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bu barədə Turan agentliyinə dekabrın 16-da Rüstəmova baş çəkmiş həkim Adil Qeybulla məlumat verib.

 

O, həmçinin bildirib ki, Saleh Rüstəmov aclıq aksiyasını dayandırıb.

 

“Qohumlarının, dostlarının və ictimaiyyətin çoxsaylı müraciətlərini nəzərə alaraq aclıq aksiyasını dayandırıb”, – Qeybulla bildirib.

 

Turan