“Tərtər işi” üzrə araşdırma “xüsusi nəzarətə” götürülüb
Azərbaycan prokurorluğu “Tərtər işi” ilə bağlı cinayət işləri üzrə ibtidai istintaqı “xüsusi nəzarətə” götürülüb götürüb. Bu barədə Baş Prokurorluğun şənbə günü yaydığı açıqlamada deyilir.
Məlumata əsasən, 2017-ci ilin may-iyun aylarında Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonlarında yerləşən hərbi hissələrində “qanunazidd əməllərin” araşdırılması üçün cinayət işlərinin icraatının təzələnməsi haqqında qərar qəbul olunub.
“İbtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılmışdır”.
“Öl və ya etiraf et”. Azərbaycanda erməni casuslarını necə axtarıblar. Tərtər işi
2017-ci ilin mayında Azərbaycanın Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bir qrup hərbi qulluqçu və digər mülki şəxslərin ölkəyə xəyanət etdiklərini və Ermənistana məlumat ötürdükləri barədə bəyanat yayıb.
İddialara görə, 2017-ci ildə onlarla, bəzilərinə görə isə yüzlərlə hərbçi işgəncələrə məruz qalıb və onlardan vətənə xəyanət etmələrini və Ermənistana məlumat ötürmələrini və ya məlumat ötürənlərinin adlarını verməkləri istənilib.
BBC