Arif Hacılı: “Azərbaycanı dünyadan təcrid edən qiymət siyasətinə son qoyulmalıdır”
Türkiyəli iş adamlarının, ticarətçilərin indiki iqtisadi böhran dövründə xalqımıza ünvanlanan, «siz niyə Türkiyəyə gəlmirsiniz»,«niyə ucuz xidmətlərdən istifadə etmirsiniz», «niyə ucuz malları almırsınız», məzmunlu müraciətləri getdikcə artır.
Doğrudan da indi çox ucuz olan Türkiyə bazarının əsas alıcıları Azərbaycan yox, əsasən Bolqarıstan, Gürcüstan və digər qonşu dövlətlərin vətəndaşlarıdır.
Səbəb isə çox sadədir. Pandemiyaya görə avtomobil yolları bağlıdır. Azərbaycan hava yolları şirkətlərinin təyin etdiyi qiymətlərlə isə Türkiyəyə səfər etmək çox bahalı zövqə çevrilib.
Kutaisidən İstanbula uçaq biletinin qiyməti təqribən 60 manata olduğu halda Bakı-İstambul uçaq bileti qiymətinin 400 manata olmasının izahı nədir?
Bəlkə hava yollarında istifadə olunan yanacağı Gürcüstan bizdən yox, biz Gürcüstandan alırıq?
Azərbaycan alıcısının Türkiyə bazarında fəallığı vətəndaşımızın ağır sosial vəziyyətinə yardımçı olmaqla yanaşı, həm də indi böhran içində olan Türkiyə iqtisadiyyatının qismən sağlamlaşmasına dəstək deməkdir.
Bütün bunlar AZAL rəhbərinin şəxsi maraqlarına, onun onsuz da ölçüyə gəlməyən varidatının daha da artırılmasınamı qurban verilir?
Ya başqa hansı səbəblər var?
Bütün bunlar barədə vətəndaşlarımıza izahat verilməli ,
Azərbaycan hava yolları şirkətlərinin Azərbaycanı dünyadan təcrid edən, turizm imkanlarını sıfırlayan qiymət siyasətinə son qoyulmalıdır.
Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.
Basta