Müsavat Divanının gündəliyi
Dekabrın 27-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat verilib.
Ölkədə və regionda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.
Rəsmi Bakının icazəsi olmadan xarici vətəndaşların Qarabağa səfər etməsi və Rusiya sülhməramlı qüvvələrinin öz mandatına uyğun olmayan fəaliyyəti pislənilib. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasının birinci şərti Laçın dəhlizində Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin qurulmasıdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə dekabrın 31-də, saat 12:00-da milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi barədə qərar qəbul edilib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta