Mərhəmət göstər, köməyini əsirgəmə
Yer kürəsi hər gün günəş ətrafında öz dövrünü dəqiqliklə başa vurur. Onun
qaranlıq hissəsi aramla işığa tərəf dönəndə səhər şəfəqləri uşaqları yuxudan oyadıb,
məktəbə tələsdirir. Ancaq günəşin bu işıqlarını görmədən oyanan uşaqlar da var.
.
Sabahın, günortanın, axşamın çatdığını belə uşaqlar yalnız saatla bilirlər.
.
Təsəvvürünüzə gətirə bilməzsiniz ki, onlar harada günlərini başa vurub, həyata qədəm
qoyurlar. Zirzəmidə… Yaşadığımız dövrün kosmos əsri adlanmasına baxmayaraq,
kənardan baxanda Nyu-Yorku xatırladan Bakıda zirzəmidə yaşayan iki bacı-qardaşı bu
yazının oxucularına təqdim edirəm.
.
Sadəcə bir müsavatçı ailəsidir. İllər öncə ailə başçısı yanaraq faciləli şəkildə həlak
olub. Həyat yoldaşını anadangəlmə epilepsiya xəstəliyi olan övladı Emillə birlikdə
qaynanası evdən çıxarıb, üstəlik varislik hüququndan da məhrum edib.
.
Qadın – Esmiralda Qasımova xəstə uşağı ilə İçərişərdəki evlərdən birinin birinci mərtəbəsindəki
təsərrüfat avadanlıqları qoymaq üçün tikilmiş qapısız, pəncərəsiz bir yerə sığınıb. O
zaman orada qonşuluqdakı muzeydə işləyən, sonradan Müsavat Partiyasının nüfuzlu
funksioneri Niyazi İbrahimli dostları ilə çalışaraq bu ailənin mənzillə təmin olunmasına
nail olub.
.
Xəstəlik Emilə rahatlıq vermədiyindən Esmiralda xanım mənzilini sataraq oğlunu
xaricdə müalicəyə aparıb. Bakıya qayıdarkən o, yenə evsizliklə üzləşməli olub.
.
Kirayədə yaşadığı zaman övladını eyni xəstəliyə mübtəla olan qızla evləndirib. İki övladları dünyaya gəlib. Mənim yuxarıda təqdim etdiyim bacı-qardaş. Ailə
böyüdüyündən, heç kəsin də işləmədiyindən kirayədən qovulurlar.
.
2011-ci ildə onlara
qarşı insanpərvərlik borcunu yerinə yetirən bir şəxs evinin altında yerləşən, bir vaxtlar
ofis məqsədi ilə işlətdiyi zirzəmini yaşamaq üçün bu ailəyə verir.
.
İçəriyə günəş şüası düşmür. Tez-tez qrunt suları qalxıb otağa dolur. Nəmişlikdən
yaranan hörümçəklər, qurdlar uşaqların oyuncaqlarının üstündə gəzir. Emil deyir ki, bu
yaxınlarda məni işdən çıxardılar. Xəstəlik tutmasını əsas gətirərək deyirlər ki, sənə işləmək olmaz. Əlillik statusu da vermirlər.
.
Sosial müavinətlə də təmin olunmağımız
qeyri-mümkündür. Qanuna görə ailə üzvündən biri işləməlidir.
.
Həyat yoldaşım da eyni xəstəlikdən əziyyət çəkirsə, necə işləsin? Biz hal-hazırda tamamilə sosial təminatdan
məhrum yaşayırıq. Çörək almağa pul tapmırıq. Xarici ölkələrdən birinə getməkdən
başqa çıxış yolumuz yoxdur. Bunun üçün də viza və yol-nəqliyyat xərci lazımdır.
.
Hörmətli oxucu, bu ailəyə qarşı daxilində bir mərhəmət hissi yaranarsa, öz
köməyini əsirgəmə.
.
Ünvan – Yasamal rayonu, Tostoy küçəsi-86. Telefon: 0514001015;
4971774 – ev – Esmiralda Qasımova.
.
Nəzakət Muradova