Müsavat işğalçı qüvvələrin Qazaxıstandan çıxarılmasını tələb edir
Müsavat Partiyası Qazaxstanda insanların öz hüquqları uğrunda, avtoritar idarəçiliyə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizəsini dəstəkləyir və demokratik hərəkatın dinc məcraya yönələcəyinə inanır.
Bu mövqe Müsavat Partiyasının qəbul etdiyi bəyanatda əks olunub.
Müsavat Partiyası Rusiya, Ermənistan, Tacikistan və Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına daxil olan digər ölkələrin hərbi qüvvələrinin həm beynəlxalq hüquqa, həm də KTMT-nin öz nizamnaməsinə zidd olaraq Qazaxıstana girməsini işğal faktı kimi qiymətləndirir və dərhal çıxarılmasını tələb edir.
Müsavat Partiyası son hadisələr zamanı həlak olanların yaxınlarına və qazax xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir.
Basta