Sakin ilə Bələdiyyə arasında çəkişmə – Yolum hasarlanıb

Ağsu rayonunun Dilman kənd ərazisində 20 ildən çoxdur arıçılıq təsərrüfatı ilə məşğul olan Sehramin Əsədov Ağsu rayon İcra Hakimiyyəti və Bələdiyyəsindən şikayətçidir.

 

Sehramin Əsədovun evinə gedən yol hasarlanıb.

 

Laçın rayonundan olan məcburi köçkün bildirir: “Vaxtilə bu ərazidə heç yol da olmayıb. Qardaşım yol çəkdirib, mən də öz təsərrüfatımı yaratmışam. Burada özümə ev tikmişəm, şərait qurmuşam, tövlə tikmişəm, köməkçi tikililərim var. Gördüyünüz də arı təsərrüfatımdır.  İndi yolumu bağlayıblar. Məni də məcburi çıxarmaq istəyirlər. Nə Ağsu rayon İcra Hakimiyyəti, nə də Bələdiyyə sözügüdən problemi həll etmək istəmir. İcra Hakimiyyətinə məsələ ilə bağlı məktub ünvanlamışam. İcra deyir Bələdiyyə baxmalıdır, Bələdiyyə isə baxmır.

 

Ağsu rayon İcra Hakimiyyətindən Belediyye.net saytına bildirilib ki, bu bələdiyyənin işidir, bununla bağlı Bələdyyə ilə əlaqə saxlayın. Yerli bələdiyyə isə cavabında, “İllər öncə Sehramin Əsədov sözügedən əraziyə sənədsiz sahiblənib, yer qurluşu mütəxəsisləri həmin əraziləri ölçəcək və məsləhət olsa Sehramin Əsədova yer veriləcək”, deyib. 

 

Sehramin Əsədov qeyd edir ki, məsələ ilə bağlı ölkə başçısına və vitse prezidentə müraciət edib. Ona cavab gəlib ki, probleminə baxılacaq. Şikayətçi məktublarına müsbət cavab gəlməsinə baxmayaraq şikayətinə baxılmamasından baş açmadığını deyir. Sehramin Əsədov sözügedən ərazinin Vüsal Zeynalov adlı şəxsə satıldığını deyir. Bələdiyyə sədri Nasir Şahbazov isə adıgedən şəxsə torpaq satmadığını deyir. 

 

 

Basta