“İğtişaşçı”
Azərbaycanda partiya sədrləri çoxdur. Amma yalnız bir partiya başqanı var ki, ölkə tarixinin ən şəffaf seçkisində qalib gəlib. Təsəvvür edin, seçki komissiyasının sədri bülletenləri qutudan çıxararaq əvvəl jurnalistlərə göstərir, sonra özü baxır və elan edir: Arif Hacılı… Özüdə ki, həmin komissiyanın sədri və üzvlərin əksəriyyəti rəqib namizədlər tərəfindən təqdim edilib.
O, heç şübhəsiz Azərbaycanda tarixində indiyədək keçirilən ən demokratik və ən şəffaf iki seçkinin qalibi olub. Təkcə bu fakt qardaş olaraq onunla qürur duymaq üçün kifayət edərdi.
Amma onunla qürur duyulacaq başqa və daha ciddi faktlar var: Arif Hacılı Azərbaycanın istiqlalına səs verib! Azərbaycan xalqına azadlıq dadızdırmış bir illik milli hökümətin rəhbər şəxslərindən biri olub. Daha əvvəl xalqın dəstəyi ilə Zaqatalada sovet nomenklarutasına qalib gələrək deputat seçilib, özü də o vaxt AXC-nin yerli şöbəsinin lideri olaraq, AXC-nin mərkəzi strukturlarından heç bir dəstək almadan…
O, iki dəfə həbs olunub, özüdə ki, kiminsə balasına qarğış yazdığına görə yox, yaxud sosial şəbəkədə pafosla çıxış edib, kiminsə ürəyindən tikan çıxardığına görə də yox. O, hakimiyyətin – Əliyev irticasının devrilməsi üçün “iğtişaşların” – əslində dinc etirazların təşkilinə görə iki dəfə həbsdə olub.
Bu gün Arif Hacılının 60 yaşı tamam olur. Təbrik edirəm başqan, can sağlığı, daha böyük uğurlar arzulayıram.
Mustafa Hacıbəyli
Basta