Ermənistan prezidenti istefa verdi
Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. Bu barədə onun rəsmi saytı məlumat yayıb.
Sarkisyan, bu vəzifədə səlahiyyətlərinin olmadığını, ölkənin siyasətinə, müharibə və sülh məsələlərinə təsir göstərmək iqtidarında olmadığını bildirib.
68 yaşlı siyasətçi 2018-ci ilin yazından ölkəyə rəhbərlik edir. 1996-97-ci illərdə o, 4 ay baş nazir vəzifəsində çalışıb.
Ermənistan parlamentli respublikadır, prezidentlik əsasən təmsilçilik xarakteri daşıyır. Bu vəzifəyə yalnız bir dəfə, yeddi il müddətinə seçilmək olar.
Sarkisyanın bəyanatında deyilir ki, Ermənistandakı hazırkı vəziyyətdə prezident sistemli problemlərin həlli üçün “öz potensialının böyük hissəsindən istifadə edə bilmir”. Onun sözlərinə görə, belə bir şəraitdə “ölkəsinə kömək etmək üçün prezidentin heç bir aləti yoxdur”.
Basta