MÜSAVAT: Hakimiyyətin məsələyə münasibət bildirməməsi yolverilməzdir
Müsavat Partiyasının Mətbuat xidmətindən “Basta” ya verilən məlumata görə, Yanvarın 24-də Müsavat partiyası Divanının növbəti iclası keçirilib.
İclasda görülən işlər barədə məlumat dinlənilib.
Rayon təşkilatlarının ümumi yığıncağının keçirilməsi barədə məlumat verilib.
Divan Müsavat Partiyasının Məhəmməd Əmin Rəsulzadənin doğum gününü qeyd edəcəyi barədə qərar qəbul edib.
Qərara görə yanvarın 31-də saat 12:00-da Novxanı qəsəbəsində Rəsulzadənin xatirə abidəsi ziyarət ediləcək.
İclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra ölkədə və dünyada baş verən siyasi məsələlər barədə fikir mübadiləsi aparılıb.
Müsavat Divanı Şuşaya səfərlərə qadağalarin aradan qaldırılması ilə bağlı qərarlara müsbət yanaşsa da səfər sayının və müddətinin məhdudlaşdırılmasına etirazini bildirib.
Divan ölkə vətəndaşlarının, xüsusən də yerli sakinlərin ata – baba yurduna səfərlərinə ciddi məhdudiyyət qoyulmasını yolverilməz hesab edir, işğaldan azad olunmuş və minalardan təmizlənmiş ərazilərə sərbəst gediş – gəlişin təmin olunmasını tələb edir.
Müsavat Partiyası Rusiya XİN rəsmisinin Qarabağa gediş-gəliş icazələrinin Azərbaycan hökumətinə yox, Rusiya sülhməramlılarina aid olduğunu bildirməsini Azərbaycan Konstitusiyasına, ərazi bütövlüyü prinsipinə zidd, suverenliyinə təhdid kimi qiymətləndirir. Azərbaycan hökumətinin bu məsələyə münasibət bildirməməsini yolverilməz hesab edir.
Sonda cari məsələlər müzakirə olunub.
Basta