ABŞ və Böyük Britaniya diplomatları Kiyevdən təxliyə etməyə başladı
ABŞ Dövlət Departamenti Rusiyanın hərbi əməliyyatlara başlaması təhlükəsi ilə əlaqədar ABŞ-ın Kiyevdəki səfirliyində çalışan diplomatların ailələrinə Ukraynanı tərk etmək barədə föstəriş verib. Bu barədə qurumun saytında məlumat verilib.
Amerika hakimiyyəti hesab edir ki, Moskva “hər an” Kiyevə hücum edə bilər, ona görə ABŞ vətəndaşlarına Ukraynaya səfərdən imtina etmək tövsiyə olunub.
Böyük Britaniya həmçinin “Rusiya tərəfindən artan təhlükə” səbəbindən səfirliyin bəzi əməkdaşlarını və onların ailə üzvlərini Ukraynadan çıxarmaq qərarına gəlib. Bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.
Bəyanatda Böyük Britaniyanın Ukraynadakı səfirliyinin işini davam etdirdiyi vurğulanır.
“Kiyevdə və Donetsk və Luqanskdan kənarda yerləşən digər ərazilərdə vəziyyət ümumilikdə sakitdir. Bununla belə, Ukraynada hadisələr sürətlə inkişaf edir. Rusiyanın niyyətləri ilə bağlı qeyri-müəyyənlik davam edir”, – hökumətin bəyanatında deyilir.
Bundan əlavə, ABŞ Dövlət Departamenti Ukraynadakı amerikalılara kommersiya uçuşları ilə ölkəni tərk etməyi tövsiyə edib.
“Biz diplomatiya yolu ilə getməyə davam edirik. Lakin Rusiya gərginliyi artırmaq yolunu seçərsə, o zaman xüsusilə Ukrayna sərhədləri boyunca, Rusiyanın işğal etdiyi Krımda və Rusiyanın nəzarətində olan Ukraynanın şərqində təhlükəsizlik şəraiti gözlənilməz olacaq və qəfildən pisləşə bilər. ” ABŞ-ın xarici siyasət idarəsinin bəyanatında deyilir.
Basta